MƏDƏNİYYƏT


Filarmoniyada dünya şöhrətli iki virtuoz ifaçı konsert verəcək

Bakı, 23 yanvar, AZƏRTAC

Fevralın 16-da Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında iki məşhur pianoçu, Xalq artisti Murad Adıgözəlzadə və məşhur skripkaçı Çexiyanın Pilsen Dövlət Konservatoriyasının professoru Roman Fedçukun iştirakı ilə konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, konserti Əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Proqramda Edvard Qrieq, Paul Dyuk, Feliks Mendelsson, Pablo de Sarasatenin əsərləri yer alacaq.

Qeyd edək ki, konsert gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsi çərçivəsində reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.