MƏDƏNİYYƏT


Filarmoniyada keçirilən növbəti konsert Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.

Orkestrin bədii rəhbəri və dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, solisti Alyona Bayevadır.

Musiqili gecədə Karl Jenkinsin “Palladio”, Azər Dadaşovun fortepiano və simli orkestr üçün konserti səslənib. Rodion Şedrin üç hissəli “Concerto Cantabile” konserti isə Bakıda ilk dəfədir təqdim olunur.

Xatırladaq ki, XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.