MƏDƏNİYYƏT


Filarmoniyada müasir musiqi axşamı təşkil ediləcək

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 20-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şnitke. Qarayev. Şostakoviç” adlı müasir musiqi axşamı keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gecədə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı Kamera Orkestri və solistlər - Nəzrin Aslanlı və Rövşən Əmrahov çıxış edəcək.

Konsertdə Qara Qarayev və Fərəc Qarayevin “Quasi Uno Concerto Grosso” əsəri, Alfred Şnitkenin bir saylı “Concerto Grosso” və Dmitri Şostakoviçin kamera simfoniyası ifa olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.