İDMAN


Filip Koutinyo üçün 270 milyon avroluq təklif

Bakı, 10 iyul, AZƏRTAC 

PSJ klubu “Barselona”nın futbolçusu Filip Koutinyonu transfer etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Braziliya millisinin də formasını geyinən Koutinyo üçün PSJ klubu rekord məbləğ - 270 milyon avro təklif edib. Lakin həmin məbləğ birbaşa “Barselona”ya deyil, futbolçunun agentinə ödəniləcək.

Müqavilə 2023–cü ilə qədər nəzərdə tutulub. Məlumata görə, Koutinyonun PSJ klubuna gətirilməsi ideyası Neymara məxsusdur.

Xatırladaq ki, Neymar özü “Barselona”dan PSJ klubuna 222 milyon avro müqabilində keçib. Koutinyo isə bu ilin yanvarında “Liverpul”dan ayrılaraq Katalonya komandasının formasını geyinib. Bu transfer katalonlara 125 milyon avroya başa gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.