İDMAN


Filipp Koutinyo yenidən “Barselona”ya qayıdır

Bakı, 3 iyun, AZƏRTAC

Almaniyanın “Bavariya” futbol klubu Filipp Koutinyo ilə yollarını ayırmağa qərar verib.

AZƏRTAC xəbər verir ki, Münxen təmsilçisi İspaniyanın “Barselona” komandasından icarəyə götürdüyü braziliyalı yarımmüdafiəçini transfer etməyəcək. “Bavariya”nın F.Koutinyonu yenidən icarəyə götürmək istəmədiyi də bildirilib. Buna görə də 27 yaşlı futbolçu iyunun sonunda - icarə müqaviləsi başa çatanda Kataloniya klubuna qayıdacaq.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2018-ci ilin yanvarında 145 milyon avroya “Liverpul”dan “Barselona”ya transfer olunub. O, cari mövsümdə Münxen komandasının heyətində keçirdiyi 32 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.