İDMAN


Filippe Koutinyo karyerasını İngiltərədə davam edə bilər

Bakı, 21 may, AZƏRTAC

Almaniyanın “Bavariya” klubunun futbolçusu, müqavilə ilə İspaniyanın “Barselona” komandasına məxsus olan braziliyalı Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda Koutinyonu heyətinə qatmağa çalışan ən real namizəd “Mançester Yunayted” klubu sayılır. “Qırmızı şeytanlar”ın yaxın günlərdə təklif göndərəcəyi gözlənilir.

“Mançester Yuneyted” ilə yanaşı, digər ingilis klubları – “Çelsi”, “Tottenhem” və “Liverpul” da futbolçu ilə bağlı vəziyyəti yaxından izləyirlər.

Koutinyo 2019-cu ilin yayından 8,5 milyon avro qarşılığında “Bavariya” klubuna icarə əsasında keçib. Cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxan 27 yaşlı futbolçunun aktivində 8 qol və 6 məhsuldar ötürmə var.

Koutinyunun “Barselona” ilə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır. “Bavariya” və “Barselona” klubları arasında müqavilənin şərtlərinə əsasən Münxen təmsilçisi 120 milyon avro qarşılığında futbolçunu transfer edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.