DÜNYA


Filippin Prezidenti ilk xarici səfərini İndoneziyaya edəcək

Tokio, 20 avqust, AZƏRTAC

Filippin Prezidenti Ferdinand Markos sentyabrda İndoneziyaya səfərə hazırlaşır və bu, vəzifəsinin icrasına başladıqdan sonra onun ilk xarici səfəri olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Prezidentinin mətbuat xidmətinin rəhbəri məlumat verib. Mətbuat xidmətinin rəhbəri Prezidentin bu səfərdən sonra Sinqapura gedəcəyini də bildirib.

Bu ərəfədə Filippin Xarici İşlər Nazirliyi F.Markosun ABŞ Prezidenti Cozef Baydenin dəvətindən sonra Vaşinqtona gedəcəyi barədə məlumat yayıb. Bildirilir ki, həmin səfər Filippinlə ABŞ arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Bununla yanaşı, Çinin də Filippinlə münasibətlərə xüsusi önəm verdiyi qeyd edilir.

Bildirilir ki, Çin və ABŞ-la münasibətlərə ehtiyatla yanaşan Filippin lideri, özünün xaricə ilk səfəri olaraq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvünü təsadüfən seçməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.