DÜNYA
Filippin Prezidenti müsəlman regionuna muxtariyyət vermək niyyətindədir
Tokio, 25 iyul, AZƏRTAC
Filippin Prezidenti Rodriqe Duterte bəyan edib ki, ölkənin cənubundakı müsəlman regionuna muxtariyyətin verilməsi barədə qanunu imzalamaq niyyətindədir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, qanun Mindanao adasında yaşayan müsəlmanlara muxtariyyətin verilməsini nəzərdə tutacaq.
Xatırladaq ki, Mindanao adasında yaşayan müsəlmanların silahlı qrupları ilə hökumət qoşunları arasında qarşıdurma ötən əsrin 70-ci illərindən davam edir. Müsəlmanlar müstəqillik uğrunda mübarizə aparırlar.
2014-cü ildə barışıq məqsədilə ciddi addımlar atılıb. Üsyançı müsəlmanların böyük qrupu ilə hökumət arasında aparılan danışıqlar zamanı siyasi muxtariyyətin yaradılması barədə çağırışlar səsləndirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]