DÜNYA


Filippin Prezidenti ölkəsinin adını dəyişmək arzusunu dilə gətirib

Bakı, 12 fevral, AZƏRTAC

Filippin Prezidenti Rodrigo Duterte ölkəsinin müstəmləkə mirası ilə əlaqəsini zəiflətmək üçün onun adını dəyişmək niyyətini bəyan edib.

AZƏRTAC xəbər verir ki, Manila Bulletin qəzetinin yaydığı məlumata görə, Filippinin yeni adı “Maharlika Respublikası” ola bilər.

Bu ərəfədə Duterte Maqindanao əyalətində çıxışı zamanı İspaniyanın onun vətəninin mədəniyyətinə təzyiq göstərməsini tənqid edib. “Bizim ölkənin adını İspaniya kralı Filippin pulu ilə səyahət edən Magellan uydurub. Odur ki, axmaq onu Filippin adlandırıb. Amma nə vaxtsa, biz bunu düzəldəcəyik”, - deyə prezident inamını ifadə edib.

Duterte, həmçinin ölkənin adını “Maharlika Respublikası”na dəyişməyi tövsiyə edən Filippin diktatoru Markosun ideyasını dəstəkləyib: “Markos haqlı idi, çünki “maharlika” malay (bizə doğma olan) sözüdür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.