DÜNYA


Filippin parlamentinin üzvləri ölkənin adının dəyişdirilməsi barədə təkliflə razılaşmayıblar

Tokio, 13 fevral, AZƏRTAC 

Filippin parlamentinin üzvləri Prezident Rodriqo Dutertenin ölkənin adının Maharlikuya dəyişdirilməsi barədə təklifini soyuq qarşılayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Manilla Bulletin” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, parlament azlığının nümayəndəsi Buhay Lito Atiensa xatırladıb ki, Filippin yalnız ölkənin deyil, eyni zamanda, xalqın adıdır. Əgər filippinlilər ölkənin adının dəyişdirilməsini istəyirlərsə, onda onların xalq kimi də adı dəyişdirilməlidir.

“Anakpawis Partylist” partiyasının nümayəndəsi Ariel Kasilio isə bildirib ki, R.Duterte ölkəyə yeni ad verilməsinə çalışmaqdansa, onun suverenliyinin qorunmasına diqqəti artırsa daha yaxşı olar. R.Dutertenin partiyasının üzvü olan Qays Tambuntinq isə deyib ki, həmin təklifi hərtərəfli araşdırmaq lazımdır.

Makabayanadan senatorluğa namizəd Neri Kolmenares R.Dutertenin təklifi ilə bağlı böyük narahatlıq keçirdiyini bildirib. N.Kolmenares deyib ki, R.Duterte Filippinin adının dəyişdirilməsindənsə, Qərbi Filippin dənizində ölkənin maraqlarının müdafiəsinə çalışsa daha yaxşı olar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.