QAN YADDAŞI


Filippin qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc edilib

Manila, 20 yanvar, AZƏRTAC

Filippinin bir əsrdən çox nəşr olunan məşhur “The Manila Times” qəzetinin 20 yanvar tarixli buraxılışında xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı divan tutulması və yüzlərlə insanın amansızcasına qətlə yetirilməsi haqqında məlumat öz əksini tapıb.

Bununla yanaşı, 1980-ci illərin sonunda Ermənistan rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq yüz minlərlə azərbaycanlının Ermənistandakı ata-baba torpaqlarından çıxarılmasından və Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat yönümlü hərəkətlərdən bəhs edilib. Həmin dövrdəki mövcud siyasi vəziyyətə haqlı etirazlarını bildirən xalqımıza qarşı sovet ordusunun yeridilməsi və əliyalın xalqa divan tutulması qeyd edilib.

Sonda ulu öndər Heydər Əliyev tərəfindən bu tarixin Ümumxalq Hüzn Günü elan edilməsi və 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqilliyə gedən yolda iradəsinin təcəssümü olduğu vurğulanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Manila

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.