DÜNYA


Filippin sahillərində silsilə zəlzələlər olub

Tokio, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Filippinin Mindoro adasının sahillərində silsilə zəlzələlər qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentrinin Mamburao qəsəbəsindən 12 kilometr şimal-qərbdə, ocağının 26 kilometr dərinlikdə yerləşdiyi bildirilir. İlk zəlzələnin 4,9, ikinci təkanların isə 4,6 bal gücündə olduğu qeyd edilir.

Bununla yanaşı mütəxəssislər təkrar yeraltı təkanlar baş verə biləcəyini də istisna etmirlər.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.