DÜNYA


Filippin sanksiyalara görə Rusiyanın deyil, ABŞ-ın “Black Hawk” helikopterlərini alacaq

Tokio, 8 dekabr, AZƏRTAC 

ABŞ-ın sanksiyalarına görə Rusiya helikopterlərini almaqdan imtina edən Filippin Amerikanın “Sikorsky Aircraft Corp.” şirkətinin istehsalı olan “Black Hawk” helikopterlərini 240 milyon dollara alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Filippinin müdafiə naziri Delfin Lorenzan bildirib ki, hərbi hava qüvvələri ucuz olmasına baxmayaraq, Rusiya helikopterlərindən imtina edərək gələn il ABŞ helikopterlərinin alınması ilə bağlı müqavilə imzalayacaq.

Agentliyin məlumatına görə, Filippin ABŞ-ın “Sikorsky Aircraft Corp.” şirkətinin istehsalı olan “Black Hawk”, Rusiyanın Mi-171 və Cənubi Koreyanın “Surion and Agusta Westland” şirkətinin AW139 helikopterlərini nəzərdən keçirib.

Xatırladaq ki, 2017-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi barədə qanun imzalayıb. Bu qanun Rusiyanın müdafiə və energetika müəssisələrinə kreditlərin alınmasını çətinləşdirməklə yanaşı, həm də sanksiyaların Rusiya şirkətləri ilə əməkdaşlıq edən üçüncü ölkələrə tətbiqini də nəzərdə tutur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.