DÜNYA


Filippində 4,5 bal gücündə zəlzələ olub

Tokio, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Filippinin Mindanao adalarının yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentrinin təqribən 500 min əhaliyə malik Seranqani əyalətindən 118 kilometr cənub-şərqdə, ocağının 11 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib. Mütəxəssislər həmin rayonda təkrar təkanlar barədə xəbərdarlıq yaymayıblar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.