DÜNYA


Filippində “Usman” tropik qasırğası nəticəsində həlak olanların sayı 60-ı ötüb

Tokio, 31 dekabr, AZƏRTAC

Filippində “Usman” tropik qasırğasının törətdiyi leysan yağışlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 61 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Philippine Star” qəzeti Filippin Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması Şurasına istinadla məlumat yayıb.

Şuranın məlumatında qeyd edilir ki, təbii fəlakət nəticəsində 18 nəfər itkin düşüb. Bikolsk regionunda 50 nəfərin, Şərqi Visayidə isə 11 nəfərin həlak olduğu bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.