DÜNYA


Filippində “Yutu” tufanı nəticəsində yeddi nəfər həlak olub

Tokio, 31 oktyabr, AZƏRTAC 

Oktyabrın 30-da Filippinə çatan “Yutu” tufanı nəticəsində yeddi nəfər həlak olub, 30 nəfər isə dağıntılar altında qalıb.

AZƏRTAC yerli KİV-lərin yaydığı məlumata istinadla xəbər verir ki, altı nəfər Luson adasında yerləşən Kordilyer inzibati regionunda tufanın yaratdığı torpaq sürüşmələri nəticəsində, bir nəfər isə güclü yağışlar səbəbindən daşan çayda boğularaq həlak olub. Həlak olanlardan dördü 5 yaşdan 11 yaşadək uşaqlardır.

Təbii fəlakət səbəbindən 10 mindən çox sakinin təxliyə edildiyi, 30 aviareysin isə təxirə salındığı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.