DÜNYA


Filippində antinarkotik reydi zamanı azı 30 nəfər öldürülüb

Bakı, 16 avqust, AZƏRTAC 

Filippində antinarkotik reydi zamanı azı 30 nəfər öldürülüb, 107 nəfər isə saxlanılıb.

AZƏRTAC xəbər verir ki, reyd zamanı 230 qram metamfetamin, 765 qram marixuana, həmçinin qumbara və odlu silah aşkar edilib. Əməliyyat ölkənin 13 şəhərində eyni zamanda aparılıb.

Qeyd edək ki, 2016-cı ilin mayında Filippinin Prezidenti seçilmiş Rodriqo Duterte narkotik ticarətinə qarşı irimiqyaslı əməliyyatlar keçirəcəyini bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.