DÜNYA


Filippində baş verən zəlzələ dağıntılara səbəb olub

Bakı, 15 dekabr, AZƏRTAC

Filippinin Mindanao adasında 6.8 maqnituda gücündə zəlzələ baş verib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Zəlzələnin ocağı Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, 28,2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində Mindanao şəhərində qismən uçan evdə dağıntılar altında qalan azyaşlı qız ölüb. Şəhər meri Vinsent Fernandes bildirib ki, zəlzələ şəhərə ciddi ziyan vurub, iki körpü zədələnib, yerli administrasiyanın binasının yarısı dağılıb.

Qeyd edək ki, cari ilin oktyabrında Filippinin Mindanao adasında baş verən 6.6 və 6.5 maqnituda gücündə zəlzələlər nəticəsində 23 nəfər ölmüş, 417 nəfər yaralanmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.