DÜNYA
Filippində ilk dəfə gül formasında günəş elektrik stansiyası quraşdırılıb
Bakı, 10 avqust, AZƏRTAC
Filippinin Lupa şəhərində məktəb meydançası yaxınlığında ölkədə ilk gül formasında nəhəng günəş elektrik stansiyası quraşdırılıb.
AZƏRTAC beynəlxalq “Eco-Business” jurnalına istinadla xəbər verir ki, konstruksiyanı avstriyalı mütəxəssislər düzəldiblər. Elektrik stansiyası intellektual texnologiyalara əsaslanır və ənənəvi günəş elektrik stansiyalarından 40 faiz daha çox enerji istehsal edir. Məktəbin rəhbərliyi bu addımla digər müəssisələrə nümunə olaraq “yaşıl” texnologiyalardan istifadə etməyi təşviq edir.
Yeni günəş elektrik stansiyası gül formasında olan 12 günəş panelindən ibarətdir. Bu xüsusi qurğu Günəşin hərəkət sisteminə uyğun olaraq öz istiqamətini dəyişir.
Günəş elektrik stansiyası ildə 3400 kVt/saatdan 6200 kVt/saatadək elektrik enerji istehsal etmək gücünə malikdir. Bu, orta statistik təsərrüfatın elektrik ehtiyacını ödəməyə imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]