DÜNYA


Filippində keçirilən aralıq seçkilərdə Prezident Rodriqo Dutertenin tərəfdarları öndədir

Tokio, 14 may, AZƏRTAC

Filippin parlamentinə mayın 13-də keçirilən aralıq seçkilərdə Prezident Rodriqo Duterteni dəstəkləyən namizədlərin daha çox yer qazanacağı ehtimal edilir.

Yerli KİV-lərin bununla bağlı məlumatlarında bildirilir ki, Filippin sakinləri bütün ölkədə fəaliyyət göstərən məntəqələrə gedərək mərkəzi və yerli orqanlara namizədlərə səs veriblər.

Altıillik prezidentlik müddətinin ortasında keçirilən aralıq seçkilər R.Dutertenin cinayətkarlığa qarşı mübarizəyə yönələn kəskin siyasəti fonunda referendum kimi qiymətləndirilir.

R.Dutertenin hakimiyyətinin ikinci yarısında cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirəcəyi və öz əlində hakimiyyəti daha çox cəmləşdirəcəyi gözlənilir.

Lakin onun polisə narkotik ticarətçilərini və istifadəçilərini öldürmək səlahiyyəti verən güclü əl taktikası beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid olunur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.