DÜNYA


Filippində leysan yağışlar və torpaq sürüşməsi nəticəsində 50 nəfər həlak olub

Tokio, 30 dekabr, AZƏRTAC

Filippində “Usman” tropik qasırğasının yaratdığı leysan yağışları və torpaq sürüşməsi nəticəsində 50 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rappler.com portalı məlumat yayıb. Məlumata görə, həlak olanların əksəriyyəti ölkənin Bikolsk regionunun sakinləridir.

Bundan əlavə, daha 7 nəfərin itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.