DÜNYA


Filippində leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 120 nəfəri keçib

Tokio, 4 yanvar, AZƏRTAC 

Filippində “Usman” tropik qasırğasının əmələ gətirdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 122 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rappler” portalı Risklərin Azaldılması və Fəlakətlərin İdaredilməsi Milli Şurasına (NDRRMC) istinadla məlumat yayıb. Şuranın dərc etdiyi hesabatda, həmçinin 28 nəfərin itkin düşdüyü, təqribən 60 nəfərin isə yaralandığı bildirilir. Təbii fəlakətin 75 mindən çox insanı əhatə etdiyi, onların 30 mindən çoxunun təxliyə mərkəzlərinə yerləşdirildiyi qeyd olunur. Bəzi rayonların təhsil müəssisələrində dərslər təxirə salınıb.

Tropik qasırğa Filippin ərazisini dekabrın 30-da tərk edib. Onun ən çox Cənubi Kamarines əyalətinə ziyan vurduğu bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.