DÜNYA


Filippində leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 75-ə çatıb

Tokio, 2 yanvar, AZƏRTAC 

Filippində “Usman” tropik qasırğası səbəbindən yaranan leysan yağışlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 75-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli ABS-CBN telekanalı Milli Risklərin Azalması və Fəlakətlərin İdarə Edilməsi Şurasının (NDRRMC) nümayəndəsi Edqar Posadasa istinadla məlumat yayıb.

E.Posadasın bildirdiyinə görə, V regionda 59, VIII regionda 13, digər regionlarda isə daha 3 nəfər həlak olub. Təqribən 191 min nəfəri əhatə edən təbii fəlakət nəticəsində 16 nəfər itkin düşüb.

NDRRMC tərəfindən regionlardan daxil olan məlumatların qəbulu davam etdiyinə görə, həlak olanların sayının dəqiqləşdirməyə ehtiyacı olduğu da bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.