DÜNYA
Filippinin 13 şəhərində karantin rejimi avqustun 15-dək uzadılıb
Tokio, 31 iyul, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte koronavirus pandemiyasının daha geniş yayılması fonunda paytaxt Manila da daxil olmaqla 13 şəhərdə karantin rejimini avqustun 15-dək uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 31-də ABC-CBN media qrupu məlumat yayıb.
Prezident qeyd edib ki, vəziyyətin daha ağır olduğu Sebu şəhəri geniş şəkildə tətbiq edilən karantindən iki həftə sonra tam təcrid vəziyyətinə alınacaq.
Prezidentin mətbuat katibi Harri Rokun bildirdiyinə görə, təcrid qaydaları yeni yoluxma hallarının qeydə alındığı karantin zonalarında tətbiq ediləcək.
H.Rok əlavə edib ki, bundan sonra tibbi maskanın üzərindən qoruyucu ekranın istifadə edilməsi sağlamlığı qorumaq üçün əsas standartlardan biri olacaq.
Qeyd edək ki, Manilada ümumi karantin rejiminin uzadılması barədə qərar bir gün əvvəl - paytaxtda 3954 yoluxma qeydə alındıqdan sonra qəbul edilib. Beləliklə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 89 min 374 nəfərə çatıb. Eyni zamanda, Filippində 65 min 64 nəfər bu xəstəlikdən sağalıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]