DÜNYA
Filippinin Ali Məhkəməsi ölkənin cənubunda hərbi vəziyyətin tətbiqini qanuni hesab edib
Tokio, 5 iyul, AZƏRTAC
Filippinin Ali Məhkəməsi ölkənin cənubunda yerləşən Mindanao əyalətində Prezident Rodriqe Duterte tərəfindən may ayından tətbiq edilən hərbi vəziyyətin qanuni olduğunu təsdiq edib. Bu barədə CNN Philippines məlumat yayıb.
Ali Məhkəmənin sədri Teodor Tenin bildirdiyinə görə, məhkəmənin 15 hakimindən 11-i parlamentdəki müxalifətin və fəallar qrupunun qaldırdığı iddianı rədd edib. İddianı qaldıranların qənaətinə görə, ölkənin cənubunda hərbi vəziyyət kifayət qədər əsas olamadan, qeyri-qanuni tətbiq edilib.
Xatırladaq ki, Prezident R.Duterte cari ilin mayında Mindano adasında hərbiçilərlə yaraqlılar arasında baş verən toqquşmadan sonra ölkənin cənubunda hərbi vəziyyət elan edib. Prezident bəyan edib ki, terrorun yayılacağı təqdirdə bütün ölkədə hərbi vəziyyət elan edilə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio