İDMAN


Filippo İnzaqi “Bolonya” klubuna baş məşqçi təyin olunub

Bakı, 14 iyun, AZƏRTAC

İtaliya milli komandasının və “Milan” klubunun sabiq futbolçusu Filippo İnzaqi İtaliyanın “Bolonya” klubuna baş məşqçi təyin olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, komanda 45 yaşlı mütəxəssislə ikiillik müqavilə imzalayıb. O, bu postda Roberto Donadonini əvəzləyib.

Qeyd edək ki, “Bolonya” 2017-2018-ci il mövsümündə İtaliya A seriyasını 16-cı pillədə başa vurub. İnzaqi son olaraq “Milan”ın baş məşqçisi vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.