DÜNYA
Filmdə Nazarbayev rolunu oynayan aktyor Qazaxıstan parlamentinin deputatı olub
Bakı, 11 sentyabr, AZƏRTAC
Qazaxıstanın əməkdar mədəniyyət xadimi, aktyor, müğənni, bəstəkar və televiziya aparıcısı Nurlan Alimjanov sentyabrın 11-də Məclisin (parlamentin aşağı palatası) deputatı kimi and içib.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının qərarına əsasən Nurlan Alimjanov partiya siyahısı üzrə parlamentin deputatı olub.
“Nur Otan” partiyasının üzvü olan aktyor “Liderin yolu” (2013) filmində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin rolunu oynadıqdan sonra məşhurluq qazanıb.
Otuz beş yaşlı Alimjanov Məclisin sosial-mədəni inkişaf üzrə daimi komitəsinin tərkibinə seçilib. Ona partiya siyahısı üzrə deputat mandatının verilməsi barədə qərar avqustda “Nur Otan” partiyasının siyasi bürosunun iclasında qəbul edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]