ELM VƏ TƏHSİL
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq” elmi jurnalının növbəti nömrəsi nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm” nəşriyyatında çapdan çıxmış jurnalın bu nömrəsi “Ədəbiyyatşünaslıq”, “Ədəbiyyat nəzəriyyəsi”, “Mətbuat tarixi və publisistika”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Ədəbi əlaqələr”, “Folklorşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq” və “Xronika” bölmələrindən ibarətdir. Yeni nömrə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası” məqaləsi ilə açılır. Məqalə Rəsul Rzanın 110 illiyinə ithaf edilib.
“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]