DÜNYA


Financial Times: Almaniya və Fransa SEPAH-ın Aİ-də terror təşkilatı kimi tanınması ideyasını dəstəkləyirlər

Financial Times: Almaniya və Fransa SEPAH-ın Aİ-də terror təşkilatı kimi tanınması ideyasını dəstəkləyirlər

Bakı, 30 yanvar, AZƏRTAC

Almaniya və Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölmələri) Avropa İttifaqında terror təşkilatı kimi tanınması ideyasını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Berlin və Paris Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən iclasında SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyiblər. Üç həftə ərzində Aİ-də bununla bağlı rəy hazırlanacağı gözlənilir. Nəşrin sitat gətirdiyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bir çox üzv dövlətlərin bu təklifi dəstəklədiyini təsdiqləyib.

Qeyd edək ki, yanvarın 18-də Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Aİ rəhbərliyini SEPAH-ı terror təşkilatı kimi tanımağa çağıran qətnaməni təsdiqləyiblər. Sənəd məsləhət xarakteri daşıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.