DÜNYA
“Financial Times”: İvanka Tramp Dünya Bankının prezidentliyinə namizəd ola bilər
Bakı, 12 yanvar, AZƏRTAC
Dünya Bankının prezidenti Cim Yonq Kim vəzifədən gedəcəyini açıqladıqdan sonra bu posta namizədlər arasında ABŞ Prezidentinin qızı İvanka Trampın və Birləşmiş Ştatların BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Haleyin olduğu iddia edilir.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin xəbərinə görə, Dünya Bankının prezidenti vəzifəsinə namizədlər arasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Mark Green və bu ölkənin Xəzinədarlığının beynəlxalq əlaqələr üzrə məsləhətçisi David Malpass da var.
Qeyd edək ki, Dünya Bankının prezidentini qurumun yarandığı gündən bəri bankın ən böyük səhmdarı olan ABŞ seçir.
Vəzifəsini fevralın 1-də tərk edəcəyini açıqlayan Cim Yonq Kim 2012-ci və 2017-ci illərdə Dünya Bankının prezidenti seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]