İDMAN


“Financial Times” qəzeti “Williams”ın rəsmi tərəfdaşı olub

Bakı, 25 aprel, AZƏRTAC 

Formula 1 çempionatının “Williams” komandası və “Financial Times” qəzeti uzunmüddətli əməkdaşlıq barədə elan ediblər. Tərəfdaşlıq münasibətlərinin hər iki tərəfin uğurlarına şərait yaradacağı ehtimal olunur. “Williams” marketinq, reklam və brendin möhkəmlənməsi baxımından irəliləyişlərə ümid bəsləyir.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti “Williams”ın rəsmi tərəfdaşı olub. Qəzetin loqosu komandanın bolidlərinin arxa aerodinamik qurğusunda həkk olunacaq.

“Williams” komandasının mətbuat xidməti Kler Uilyamsın bu sözlərini sitat gətirib: “Mən bunu elan etməyə çox şadam ki, “Financial Times” qəzeti “Williams”ın rəsmi tərəfdaşıdır. Son illərdə idman dünyasında, Formula 1 də daxil olmaqla, reklam və marketinq landşaftında çox dəyişikliklər baş verib. “Financial Times” qəzeti ilə əməkdaşlıq nəticəsində biz mediabiznes və rəqəmsal texnologiyalarda yeni imkanlardan istifadə etməyi bacaracağıq. Mən gələcəyə nikbin baxıram və əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.