MƏDƏNİYYƏT
Finlandiya 2019-cu ildə Qlobal Səyahətlər İndeksində ən yaxşı turizm istiqaməti sayılıb
Stokholm, 4 sentyabr, AZƏRTAC
Finlandiya 2019-cu ildə vəhşi təbiət üzrə Qlobal Səyahətlər İndeksində ən yaxşı turizm istiqaməti adlandırılıb.
AZƏRTAC bu barədə məlumatı Britaniyanın "True Luxury Travel” agentliyinə istinadla yayıb.
Qlobal Səyahətlər İndeksinə görə, Finlandiya bu sahədə dünyanın ən yaxşı turizm adı uğrunda 100-dən çox digər namizədi qabaqlayıb. Bildirilir ki, ölkə özünün ekoloji dayanıqlılığının yüksək səviyyəsinə, unikal növ müxtəlifliyinə, gözəl təbiət landşaftlarına və canlı təbiətin qorunub saxlanılmasına görə seçilib.
Agentlikdən deyiblər: “Bu nəticələr son ildə Finlandiyada turizmin səviyyəsinin sürətlə artması ilə də bağlı olub. İndeksə görə, Finlandiyanın bu mövqeni əldə etməsinə ölkə ərazisinin 73 faizindən çoxunun meşələrlə örtülməsi kömək edib”. Qeyd edək ki, Finlandiyanın qərb qonşusu – İsveç həmin indeksdə ikinci yeri tutub. Onların ardınca Braziliya, Kanada və ABŞ gəlir. Siyahıda 6-10-cu yerləri Norveç, İspaniya, Almaniya, Polşa və Sloveniya tutublar.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]