DÜNYA
Finlandiya Rusiya tərəfdən hərbi təhlükə görmədiyini bildirir
Bakı, 13 may, AZƏRTAC
Finlandiya hazırda Rusiya tərəfindən birbaşa hərbi təhlükə müşahidə etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiyanın NATO-dakı daimi nümayəndəsi Klaus Korhonen CNN telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Finlandiyanın hakimiyyət orqanları Rusiya tərəfdən qeyri-adi aktivlik qeydə almayıb. Diplomat, həmçinin hazırda ölkə sərhədlərinin təhlükə altında olmadığını bildirib.
Klaus Korhonen, eyni zamanda, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin təhlükəsizlik sahəsində vəziyyəti dəyişdiyini və Finlandiyanın məhz bu səbəbdən alyansa üzv olmağa çalışdığını vurğulayıb.
NATO-nun Baş katibi Yens Stoltenberq isə öz növbəsində Şimali Atlantika Alyansı üzvlərinin etirazı olmasa, Finlandiya və İsveçi təşkilatın sıralarında görməkdən məmnun olacaqlarını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]