DÜNYA
Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək
Stokholm, 27 may, AZƏRTAC
Finlandiya Ukraynaya əlavə hərbi yardım göndərəcək.
AZƏRTAC xəbər verir ki, yardım paketi tərtib edilərkən həm Ukraynanın ehtiyacları, həm də Finlandiya Müdafiə Qüvvələrinin resurs vəziyyəti nəzərə alınıb.
“Bu, Finlandiyadan Ukraynaya on altıncı hərbi yardım paketidir. Yardıma zenit raketləri və digər döyüş sursatları da daxildir. Paketin dəyəri 109 milyon avro olaraq qiymətləndirilir”, - deyə hökumətin saytında bildirilir.
Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib: “Finlandiya xarici tərəfdaşlarla birlikdə Ukraynanı dəstəkləməyə davam edəcək. Finlandiyanın Ukraynaya indiyədək çatdırdığı müdafiə yardım dəstəyinin ümumi dəyəri hazırda 1,1 milyard avro təşkil edir”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]