DÜNYA
Finlandiya Ukraynaya əlavə üç minatəmizləmə tankı vermək qərarını açıqlayıb
Stokholm, 28 mart, Rauf Əliyev, AZƏRTAC
Finlandiya Ukraynaya “Leopard 2” tankları əsasında yaradılmış üç əlavə minatəmizləmə tankı verəcək.
AZƏRTAC xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Kaykkönen Ukraynaya daha əvvəl verilən üç tanka əlavə olaraq daha üç modifikasiya edilmiş “Leopard 2” tankının göndəriləcəyini açıqlayıb.
"Finlandiya üç “Leopard 2” zirehli minatəmizləmə maşınını tədarük edir",- deyə müdafiə naziri Helsinkidə jurnalistlərə deyib. Onun sözlərinə görə, ənənəvi top əvəzinə pulemyotlarla təchiz edilən maşınlar mina və digər partlayıcı maddələri təmizləmək üçün nəzərdə tutulub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]