DÜNYA


Finlandiya hökuməti COVID-19 məhdudiyyətlərinin müddətini uzatmaq qərarına gəlib

Stokholm, 23 sentyabr, AZƏRTAC

Finlandiya hökuməti peyvənd olunmamış əcnəbilərin ölkəyə daxil olması ilə bağlı koronavirus məhdudiyyətlərinin vaxtının uzadılması ilə əlaqədar qərarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, peyvənd olunmamış əcnəbilər ən azından bu ilin sonuna qədər mənfi koronavirus testlərini təqdim etmədən Finlandiyaya daxil ola bilməyəcəklər.

Finlandiyanın sosial işlər naziri Krista Kiuru, bu cür tədbirlərin Avropa İttifaqının digər ölkələrindəki məhdudiyyətlərə bənzədiyini bildirib.

Nazirin sözlərinə görə, məhdudiyyətlərə baxmayaraq, təxminən 300 milyon tam peyvənd olunmuş Avropa İttifaqı vətəndaşı yenidən maneəsiz olaraq Finlandiyaya daxil ola bilər. Öz növbəsində, peyvənd edilməmiş sərnişinlər ən azı ilin sonuna qədər Finlandiyaya daxil olmaq üçün mənfi koronavirus testləri təqdim etməlidirlər. Tam peyvənd edilmiş sərnişinlərin bu testlərə ehtiyacı yoxdur.

Hökumət, həmçinin bildirib ki, mövcud sərhəd nəzarəti Finlandiya əhalisinin ən azı 80 faizi tam peyvənd olunana qədər davam edəcək.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.