DÜNYA


Finlandiya hökuməti Rusiya-ABŞ sammitinin təşkilinə 10 milyon avro xərc çəkib

Bakı, 17 iyul, AZƏRTAC

Finlandiya hökuməti Rusiya və ABŞ prezidentlərinin Helsinkidə görüşünə təxminən 10 milyon avro xərc çəkib. Bunu Finlandiyanın Baş naziri Yuxa Sipilya “Karjalainen” qəzetinə müsahibəsində deyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Baş nazir Yuxa Sipilyanın fikrincə, bu cür görüşə investisiya qoymağına dəyər. Bu pullar həm də ölkənin imicinə qoyulan əmanətdir. Xərclər barədə daha dəqiq məlumat bir qədər sonra veriləcək.

Xatırladaq ki, iyulun 16-da Helsinki Prezident Sarayında Vladimir Putin və Donald Tramp arasında ilk tamformatlı görüş keçirilib. Bundan əvvəl liderlər iki dəfə - ötən ilin iyul və noyabr aylarında böyük beynəlxalq tədbirlər çərçivəsində görüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.