DÜNYA


Finlandiya hökuməti peyvənd olunmayanlara qarşı məhdudiyyətlər hazırlayır

Stokholm, 26 noyabr, Rauf Əliyev, AZƏRTAC

Finlandiyanın ailə işləri və sosial xidmətləri naziri Krista Kiuru pisləşən epidemioloji vəziyyətə cavab olaraq məhdudiyyətlərin təqdim ediləcəyini elan edib.

AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, məqsəd tam peyvənd olunmuş, sağalmış və ya koronavirusa görə testi mənfi çıxmış hər kəsə verilən koronavirus şəhadətnaməsinin istifadə yerlərini genişləndirməklə, peyvənd olunmamış şəxslərə tətbiq edilən məhdudiyyətlərlə virusun qarşısını almaqdır.

Krista Kiuru vurğulayıb ki, ölkədə ciddi məhdudiyyətlərə əl atmamaq üçün epidemioloji vəziyyət nəzarətə götürülməlidir.

“Virusa yoluxaraq reanimasiyaya yerləşdirilənlərin sayı durmadan artır, bu da öz növbəsində digər insanlar üçün sosial və tibbi xidmətlərə məhdudiyyətlərin olmamasına gətirib çıxarır”, - deyə Krista Kiuru bildirib.

Bu arada, Finlandiyadakı reanimasiya şöbələri artıq yüksək xəstə sayı ilə işləmək məcburiyyətindədir. Yeni koronavirus xəstələrini yerləşdirmək üçün klinikalar təcili olmayan əməliyyatları ləğv etməli və xəstələri başqa müalicə müəssisələinrə köçürməli olur.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.