MƏDƏNİYYƏT


Finlandiya paytaxtında Helsinki incəsənət festivalı başlanıb

Helsinki, 17 avqust, AZƏRTAC

Avqustun 17-də Finlandiyada ən böyük incəsənət festivalı olan Helsinki festivalına start verilib. Hər il keçirilən bu tədbir müddətində şəhərdə çoxsaylı yaradıcılıq tədbirləri - ənənəvi teatr tamaşaları, rəsm sərgiləri və konsertlər, təbiət qoynunda məclislər, multijanr tamaşaları, bir sıra başqa müxtəlif görüşlər nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, keçən il Helsinki festivalına 200 mindən çox tamaşaçı gəlib.

Builki festivalda ən maraqlı və parlaq tədbirlər – bədii manifest ənənəsinə hörmətlə yanaşan Culian Rozefeldin sensasiyalı kino instalyasiyası, İrlandiyanın “Dead Centre” teatr truppasının ifasında “Çexovun ilk pyesi” əsərinin tamaşası, Suomenlinna adasında “Viapori Jazz” caz festivalı, şəhərdə təşkil ediləcək “Əsrarəngiz bağ” adlı art-piknik və İncəsənət gecəsi olacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.