DÜNYA


Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün rəsmən müraciət ediblər

Bakı, 18 may, AZƏRTAC

Finlandiya və İsveçin NATO-dakı səfirləri ölkələrinin Şimali Atlantika Blokuna qoşulması üçün alyansın Baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, NATO-nun mətbuat xidməti mərasimi canlı yayımlayıb. Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulmaları barədə müraciətlərini alqışladığını və bunun üçün zəruri olan məsələlərin tezliklə həll olunacağını bildirib.

Qeyd edək ki, NATO-ya yeni üzvün qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, sonra isə müvafiq müqavilə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunur.

Lakin indiki halda Türkiyə İsveç və Finlandiyanın alyansa daxil olmasının əleyhinədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu ölkələr terrorçuları ekstradisiya etməkdən boyun qaçırıb və Ankaraya qarşı sanksiyalar tətbiq edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.