SİYASƏT


Finlandiyada Azərbaycan muzeylərinə virtual səyahət təşkil olunub

Stokholm, 7 may, Rauf Əliyev, AZƏRTAC

Finlandiyada Azərbaycan muzeylərinə virtual səyahət təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mayın 7-də Skandinaviya Azərbaycanlıları Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Türk” gənclər təşkilatının sədri Ülviyyə Cabbarova və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə “Finlandiyadan Azərbaycan muzeylərinə onlayn səyahət” layihəsi çərçivəsində “1918-ci il Azərbaycanlıların soyqırımı” adlı seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd erməni vandalizminin əsl üzünü nümayiş etdirmək və baş vermiş soyqırımı hadisələrini tarixi faktlara əsaslanaraq təbliğ etməkdən ibarət olub. Seminarda Skandinaviya ölkələrində, o cümlədən Finlandiyada yaşayan azərbaycanlılar və həmin ölkənin vətəndaşları, İngiltərə, Fransa, Almaniya, Niderland, ABŞ, Yunanıstan, Azərbaycan və İsveçdən də soydaşlarımız iştirak ediblər.

Ü.Cabbarovanın moderatorluğu ilə baş tutan seminarda Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova və kompleksin ingilisdilli mütəxəssisi Aygün Ağamirzəyevanın məruzələri iştirakçılara təqdim olunub.

Layihə digər qoruq və muzeylərin tanıdılması ilə davam edəcək.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.