CƏMİYYƏT


Finlandiyada Novruz şənliyi keçirilib

Bakı, 24 mart, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri və Komitə sədrinin köməkçisi Finlandiyada keçirilən Novruz şənliyində iştirak edib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə Skandinaviya ölkələri üzrə Koordinasiya Şurasının Finlandiyadakı əlaqələndiricisi Ülviyyə Cabbarova çıxış edib. O, Novruz bayramı haqqında məlumat verib, bayramın əhəmiyyətindən danışıb.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli qonaqlara Komitə sədrinin salamlarını və bayram təbrikini çatdırıb, onlara həm milli bayramımız haqqında ətraflı məlumat verib, həm də birlik və bərabərlik arzulayıb.

Bayram tədbirində bu ölkədəki türk diaspor təşkilatlarının təmsilçiləri, Finlandiyadakı diplomatik korpusun nümayəndələri, Norveçdəki “Can” təşkilatının rəhbəri Şervin Nəsəfpur, Kölndən gələn və Azərbaycanı sevən istedadlı müğənni Seyran İsmayılxanov iştirak edib.

On dörd yaşlı Aysu Saeidinin hazırladığı Novruzu xarakterizə edən video böyük marağa səbəb olub.

Qonaqlara Diasporla İş üzrə Dövlət Komitəsinin tanıtım videosu da təqdim edilib.

Novruz şənliyi bədii hissə ilə davam edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İlaxır çərşənbə Finlandiyada ilk dəfə qalanan tonqal ətrafında qeyd olunub. Bu mərasim Azər-Türk Gənclər Təşkilatının təşkilatçılığı ilə reallaşıb.

Şənlikdə azərbaycanlı incəsənət xadimlərinin çıxışları və səslənən milli musiqilər maraqla qarşılanıb. İştirakçılar Novruz şənliyinin yüksək səviyyədə qeyd olunmasını təqdir ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.