DÜNYA
Finlandiyada Rusiya vətəndaşlarına məxsus üç təyyarə müsadirə edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Finlandiyanın hüquq-mühafizə orqanları rusiyalılara məxsus üç şəxsi təyyarəni müsadirə edib.
AZƏRTAC Yle telekanalına istinadla xəbər verir ki, buna “Polar Aviation Oy” kompaniyasının idarə etdiyi təyyarələrin Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına salınmış Rusiya vətəndaşlarına aid olması və ya onlar tərəfindən istifadə edilməsi ilə bağlı şübhələr səbəb olub.
Finlandiya kompaniyası isə öz növbəsində sanksiya siyahısına daxil olan şəxslərə xidmət göstərmədiyini bildirib.
2022-ci ilin fevral ayından bəri Finlandiyanın hüquq-mühafizə orqanları Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində əmlak müsadirəsi üzrə 187 prosedur həyata keçirib. Müsadirə edilən aktivlərin dəyəri 191 milyon avro (təxminən 198 milyon dollar) həcmində qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]