ELM VƏ TƏHSİL


Finlandiyada avtonom gəmilərin dünyada ilk sınaq zonası yaradılıb

Helsinki, 16 avqust, AZƏRTAC

Finlandiyanın cənub-qərbindəki Botnik körfəzində pilotsuz dəniz nəqliyyatının dünyada ilk dəfə sınaqdan keçiriləcəyi meydança yaradılıb.

AZƏRTAC xəbər verir ki, “Jaakonmeri” adlandırılan akvatoriyanın uzunluğu 18 kilometr, eni 7 kilometrdir. Arzu edən şirkətlər öz gəmilərini burada sınaqdan keçirə bilər.

“Helsinki Center” portalının məlumatına görə, ilk sınaqlar 2018-ci ilin yazında başlanacaq. Bütün şirkətlər, elmi-tədqiqat institutları, startaplar və hətta ayrı-ayrı şəxslər müraciət edə bilər.

“Dimecc Ltd” şirkətinin həyata keçirdiyi bu layihə “ağıllı” nəqliyyat və “engineering” üzrə ixtisaslaşan bütün tədqiqatçıları, şirkətləri və təşkilatları bir araya gətirir. Dənizçilik sənayesinin əsas aktorlarını əhatə edən “One Sea” ekosistemi də “Dimecc Ltd” şirkətinin himayəsi altında öz fəaliyyətini genişləndirir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.