DÜNYA


Finlandiyada hesab edirlər ki, ölkə payızadək NATO-ya üzv ola bilməyəcək

Bakı, 1 iyul, AZƏRTAC

Finlandiyanın NATO-ya üzv olması bu ilin payız aylarından əvvəl baş tutmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib.

“Ümid edirik ki, iyulun 5-də Brüsseldə üzvlük protokolunu imzalayacağıq, lakin 30 ölkənin milli parlamentində ratifikasiya prosesi daha uzun çəkəcək. Biz artıq prosesə başlayan ABŞ Senatının sürətini gördük. Düşünürəm ki, protokolu ilk ratifikasiya etmək üçün hətta yarışan ölkələr var. Lakin elə parlamentlər də var ki, yayda fəaliyyətini dayandıraraq, payızda bərpa edəcək”, - deyə Pekka Haavisto bildirib.

Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmən müraciət edib. Lakin Türkiyənin vetosu bu prosesi bir müddət əngəlləyib. İyunun 28-də Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistyö, İsveçin baş naziri Maqdalena Anderson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar olub. Danışıqların nəticəsinə əsasən, Stokholm və Helsinkinin NATO-ya üzv olmasına icazə verən və Ankaranın silah satışı və terrorizmlə mübarizə ilə bağlı irəli sürdüyü narahatlıqların nəzərə alındığı memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.