CƏMİYYƏT


Finlandiyada ilk dəfə ekologiyanın mühafizəsi sahəsində vətəndaş təşəbbüsü irəli sürülüb

Helsinki, 17 may, AZƏRTAC

Finlandiyanın ekologiya təşkilatları dövlət meşələrində ağacların fasiləsiz qırılmasının qadağan olunmasını tələb edirlər. Bu, Finlandiyanın tarixində ekoloji mövzu ilə bağlı ilk vətəndaş təşəbbüsüdür.

Parlamentə təqdim edilməsi nəzərdə tutulan bu təşəbbüsün arxasında beş təbiəti mühafizə təşkilatı – Finlandiya Təbiəti Mühafizə İttifaqı, Qrinpis, “BirdLife”, “Luonto-Luitto” və “Natur och Miljö” dayanırlar.

Finlandiyada meşələrin təqribən 60 faizi şəxsi mülkiyyət sayılır. Təşəbbüs dövlətin sərəncamında olan meşələrə şamil olunur.

Təşkilatlar ağacların fasiləsiz qırılmasına qadağa qoyulmasını Finlandiya meşələrində biomüxtəlifliyin qorunub saxlanılmasının, iqlim dəyişmələrinə qarşı mübarizənin, habelə turizm səyahətlərinə, giləmeyvə və göbələk toplanmasına əlverişli şəraitin yaradılmasının zəruri olması ilə əsaslandırırlar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.