ELM VƏ TƏHSİL


Finlandiyada süni intellekt üzrə online kurs istifadəyə verilib

Bakı, 26 may, AZƏRTAC

Finlandiyanın Helsinki Universiteti “Reaktor” şirkəti ilə birgə süni intellekt üzrə online kurs istifadəyə verib. Kursda təxminən 54 min insanın iştirakı gözlənilir.

AZƏRTAC robo-hunter.com saytına istinadla xəbər verir ki, “Süni intellektin elementləri” adlı online kurs ödənişsizdir və hər bir ölkə vətəndaşı üçün əlçatandır. Təxminən 30 saat ərzində kursu müvəffəqiyyətlə başa vuran şəxslər “LinkedIn” sosial şəbəkəsində dərc olunmaq üçün sertifikat əldə edəcəklər.

Kursun yaradıcılarından olan Yanin Faqerlundun sözlərinə görə, proqram texnologiya ilə bağlı sirri açmaq üçün hazırlanıb. Alim süni intellektin köməyi ilə vacib sosial problemlərin həll olunacağına ümid edir. Artıq 20-75 yaş intervalında olan 24 min insan kurs üçün qeydiyyatdan keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.