Finlandiyadakı Azərbaycan diasporu ümummilli lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etmişdir
AzerTAg.az
Bakı, 13 dekabr (AZƏRTAC). Finlandiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı ilə keçirilmiş mərasimdə azərbaycanlılarla yanaşı yerli ictimaiyyətin, türk, rus və digər xalqların diaspor təşkilatlarının təmsilçiləri, dövlət və hökumət nümayəndələri iştirak etmişlər.
FAA-nın sədri Vaqif Muradlı ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin qorunub saxlanmasındakı misilsiz xidmətlərindən danışmışdır.
“Azərbaycanlı Qadınlar” cəmiyyətinin sədri Arzu Oqtay ümummilli liderin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qayğısından bəhs etmiş, ulu öndərin miras qoyduğu Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün həmin diqqətin təzahürü olduğunu vurğulamışdır.
Mərasimdə dahi şəxsiyyət Heydər Əliyevin şanlı həyat yolu və fəaliyyətindən bəhs edən sənədli film də nümayiş etdirilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var