İDMAN


Finlandiyalı gimnast: Milli Gimnastika Arenası möhtəşəmliyi ilə insanı valeh edir

Bakı, 18 may, AZƏRTAC

Bakıda altıncı dəfədir ki, yarışlarda iştirak edirəm. Sonuncu dəfə Bakıda ötən il bədii gimnastika üzrə dünya çempionatında çıxış etmişəm. Burada məşq etmək, yarışlara hazırlaşmaq üçün hər cür şərait var. Milli Gimnastika Arenası möhtəşəmliyi ilə insanı valeh edir.

Bunu Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının finlandiyalı iştirakçısı Rebekka Qerqalo AZƏRTAC-a müsahibəsində deyib.

Gimnast bildirib ki, yarışlarda rəqabət səviyyəsi ildən-ilə artır. Ona görə də öz üzərimizdə daha çox işləməliyik. Builki qitə çempionatı da gərgin idman mübarizəsi şəraitində keçir. Buna görə də yüksək nəticə göstərmək üçün mütəmadi qaydada məşq etmək lazımdır. Əminəm ki, öz üzərimdə daha çox çalışıb istədiyim nəticəni əldə edəcəyəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.