Finlandiyanın Baş naziri bu ölkədə koronavirusla bağlı vəziyyətin ciddi olduğunu bildirib
AzerTAg.az
Stokholm, 25 noyabr, AZƏRTAC
Finlandiyanın Baş naziri Sanna Marin bu ölkədə koronavirusla bağlı vəziyyətin ciddi olduğunu bildirib.
AZƏRTAC Finlandiya mətbuatına istinadla xəbər verir ki, Baş nazirin sözlərinə görə, hökumət yaxın vaxtlarda yenidən sərt məhdudlaşdırıcı tədbirlərin görülməsinə imkan verən fövqəladə hallara hazırlıq barədə qanundan istifadə edə bilər.
Hökumət başçısı qeyd edib ki, müəyyən bölgələrdə virusla bağlı vəziyyət nəzarətə alınmazsa və pisləşməyə davam edərsə, yeni məhdudiyyətlərə dair qərarla bağlı məsələyə baxılacaq. O, hökumətin sərt tədbirlər görmək istəmədiyini, lakin paytaxtın bəzi regionlarında vəziyyətin artıq təcili həll tələb etdiyini vurğulayıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin mətnində orfoqrafik səhv var